"Qarabağ" "Muğan"la oyuna itkilərlə çıxır

XƏBƏR 10 Dekabr 2009 / 10:58 1763
-  A +

Unibank Premyer Liqasının XIV turunda "Muğan" klubunu qəbul edəcək "Qarabağ" oyunun hazırlıqlarını başa çatdırıb. Qeyd edək ki, Ağdam təmsilçisi "Muğan"la oyuna bir sıra itkilərlə çıxacaq. Son turda qırmızı vərəqə alan Admir Teli, həmçinin sarı vərəqə limitini dolduran Aslan Kərimov və Elnur Allahevrdiyev bu gün meydana çıxa bilməyəcək. Həmçinin, zədəli Elvin Məmmədov da bugünkü qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Digər tərəfdən cəza müddəti bitən Fərhad Vəliyev və xəstəlik üzündən son turu buraxan Maksim Medvedin heyətə dönməsi məşqçi heyətini sevindirir. Xatırladaq ki, bu gün T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək "Qarabağ" - "Muğan" oyunu saat 14:15-də başlayacaq və AzTV kanalı ilə canlı yayımlanacaq.

Mənbə: pfl.az

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord