Böyükağa Hacıyev “Simurq”la heç-heçəni ədalətli nəticə hesab edir

Böyükağa Hacıyev “Simurq”la heç-heçəni ədalətli nəticə hesab edir
PREMYER LİQA 9 Dekabr 2009 / 20:28 3067
-  A +

“Simurq”un güclü rəqib olduğunu bilirdik. Bu komandanın son oyunlarını izləmişdim. Bugünkü taktikamızı da məhz rəqibin oyununa uyğun qurmuşduq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyunsonrası mətbuat konfransında “Standard”ın baş məşqçisi Böyükağa Hacıyev deyib. B.Hacıyev heç-heçəni ədalətli nəticə hesab etdiyini bildirib: “Qarşılaşmanın gedişi də göstərdi ki, düzgün analizlər etmişdik. Çətin səfərdən 1 xalla döndüyümüzə görə çox şadam. Hesab edirəm ki, oyunun heç-heçə başa çatması ədalətli nəticədir”.


Son xəbərlər