Rusiya futbolu şokda: ÇSKA-nın iki üzvündə dopinq tapıldı

Rusiya futbolu şokda: ÇSKA-nın iki üzvündə dopinq tapıldı
DÜNYA FUTBOLU 8 Dekabr 2009 / 15:19 2752
-  A +

Bir müddət əvvəl dünya çempionatının seçmə mərhələsində milli komandamızla qarşılaşan Rusiya millisinin iki üzvünün qanında istifadəsi qadağan olunan dopinq aşkarlanıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində İstanbulda “Beşiktaş”ın qonağı olacaq ÇSKA-nın iki üzvü - Sergey İqnaşeviç və Aleksey Berezutskidən götürülən analizlərin nəticəsi müsbət olub. Bu səbəbdən hər iki futbolçu “Beşiktaş”a qarşı keçiriləcək matçda forma geyməyəcəklər. Moskva klubundan verilən ilk açıqlamada bildirilib ki, bu xəbər komandanın üzvlərini şoka salıb.


Son xəbərlər