Ramin Musayev: “Tutduğum vəzifə bu faktları açıqlamağa imkan vermir”

Ramin Musayev: “Tutduğum vəzifə bu faktları açıqlamağa imkan vermir”
ÖLKƏ FUTBOLU 8 Dekabr 2009 / 12:51 2135
-  A +

“Turan” - “Neftçi” oyunu ətrafında yaranan söz-söhbətlərlə bağlı artıq paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanov, baş məşqçi Vaqif Sadıqov və onun köməkçiləri ilə görüşmüşəm. İnanın, Vaqif müəllimin dediklərinə qulaq assanız, əmin olarsınız ki, bunlar boş şaiyələrdi”. Bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “Turan” - “Neftçi” oyunu haqda yayılan söz-söhbətlərə münasibət bildirərkən deyib.
PFL-in başçısı bildirib ki, bu şaiyəni ortaya atanlar “Turan”ın baş məşqçisi Nizami Sadıqovun yerinə göz dikənlərdir: “Gəlin, real danışaq. Deyirlər, “Turan” “Neftçi”yə iki qol vura bilməz. Necə olurdu ki, iki il öncə mən klubda çalışanda tovuzlular Bakıda, həm də “Neftçi”nin ən yaxşı vaxtlarında 2:1 hesabıyla qalib gəlmişdi. Sadəcə, bu şaiyələrin yaranması başqa söhbətin mövzusudu. Bu söhbətin yaranması ətrafında əlimdə ciddi faktlar var. Sadəcə, tutduğum vəzifə onları açıqlamağa imkan vermir. Yalnız onu deyə bilərəm ki, bu gün Nizami Sadıqovun postuna göz dikənlərin sayı kifayət qədərdir. Elə şaiyələri ortaya atanlar da həmin şəxslərin yaxınlarıdı. İnanın, söylənilənlər doğru olsaydı belə, Nizami Sadıqov elə şeylərə yol verməzdi. Bütün bunları ortaya atmaqla “Neftçi” və “Turan” kimi köklü klubları gözdən salmış oluruq. İkinci hissəyə əsasən deyə bilərəm ki, “Turan”ın futbolçuları heç də deyildiyi kimi, meydanda gəzməklə məşğul deyildilər. Sonda bir sözü də demək istəyirəm ki, “Neftçi”də çalışdığım 4 ildə “Turan” rəhbərliyi ilə xoş münasibətlərimiz olub. Ancaq heç vaxt, heç bir danışıqdan söhbət getməyib”.

Mənbə: “Futbol+” qəzeti    

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord