Vaqif Sadıqovdan sensasiyalı təklif: “Turan”la oyunu yenidən keçirməyə hazırıq”

ÖLKƏ FUTBOLU 7 Dekabr 2009 / 23:04 2234
-  A +

“Yayılan söz-söhbətlər hər iki komandanın imicinə xələl gətirir. Çox təəssüf ki, belə söhbətlər ortaya çıxıb. Tovuzda çox gərgin oyun oldu. Biz ilk hissədə də pis oynamadıq, qol imkanlarımız oldu.  Sadəcə, “Turan” əks-hücumlardan yaxşı istifadə etdi və ilk hissədə bizə iki qol vurdu”. Bu sözləri Qol.Az-a açıqlamasında “Turan”-“Neftçi” oyunu ətrafında yaranan söz-söhbətlərlə bağlı fikirlərini açıqlayan “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov oyunun fasiləsində “Neftçi”nin soyunub-geyinmə otağında baş verənlər haqda da danışıb: “Fasilədə futbolçularla çox ciddi söhbətimiz oldu. Komandanın vitse-prezidenti Tahir Süleymanov  oyunçulara etirazını çox sərt şəkildə çatdırdı. Hətta o qədər əsəbləşdi ki, bunun ardınca əvvəlcə soyunub-geyinmə otağını, atrdınca isə ümumiyyətlə, Tovuzu tərk etdi. Fasilədən sonra isə komanda özünə gəldi və əsl mübarizə apardı. Nəticədə 3 top vuraraq meydançanı 3 xal və qələbə ilə tərk etdik”.

V.Sadıqov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin “Əgər deyilənlər sübuta yetirilərsə, həm “Turan”, həm də “Neftçi” birinci diviziona göndəriləcək” açıqlamasına da münasbət bildirib. Təcrübəli mütəxəssis buna etiraz etmədiyini deyib. O, hətta matçı yenidən oynamağa hazır olduqlarını da bildirib: “Bəli, razıyam, qoy araşdırma aparsınlar. Əgər istəyirlərsə, “Turan”la oyunu yenidən keçirməyə hazırıq. Yox, əgər tutarlı fakt olarsa və bu fakt öz təsdiqini taparsa, o zaman həm “Turan”, həm də “Neftçi” birinci diviziona göndərilməlidir”.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı