«Karvan» və «Qəbələ»nin futbolçularına ağır cəza

XƏBƏR 7 Dekabr 2009 / 19:50 1872
-  A +

AFFA-nın İntizam Komitəsi Unibank Premyer Liqasının XIII turunun bəzi oyunlarında baş verən olaylarla bağlı qərar çıxarıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, “Olimpik-Şüvəlan” - “Karvan” matçının 51-ci dəqiqəsində “Karvan” klubunun futbolçusu Ömər Berdiyev bilərəkdən rəqibini ayaqla vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılıb, klub isə iki min manat cərimə olunub.

“Qəbələ” - “Qarabağ” matçında “Qarabağ” klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub. Oyunun 71-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Tomas Stolpa simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb, klub isə iki yüz manat cərimə olunub. İntizam komitəsinin üzvləri, Hakimlər Komitəsinin sədri və Hakim-İnspektorlar Komitəsinin sədrinin iştirakı ilə matçın vidoeyazısı izlənilib və oyunun 89-cu dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Pavels Dorosevsin rəqibinə əli ilə zərbə endirdiyi aşkar edilib. Bu səbəbdən futbolçu iki oyunluq cəzalandırılıb, klub isə iki min manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Admir Teli kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb, klub isə iki yüz manat cərimə olunub.

Bundan başqa “Muğan” - “Simurq” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimələnib.


Son xəbərlər