AFFA FİFA referisi Fariz Yusifovun qərarlarını ləğv etdi

AFFA FİFA referisi Fariz Yusifovun qərarlarını ləğv etdi
ÖLKƏ FUTBOLU 7 Dekabr 2009 / 19:29 2508
-  A +

AFFA-nın İntizam Komitəsi FİFA referisi Fariz Yusifovun kobud səhvini üzə çıxarıb. Qol.Az-ın məlumatına görə, İntizam Komitəsinin bu gün açıqladığı qərarda deyilir ki, Unibank Premyer Liqasının XIII turunun “Standard” - “Bakı” matçının 75-ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Aleksey Savinov idmançıya yaraşmayan hərəkətə görə sarı vərəqə ilə cəzalandırılıb. Lakin matçın videoyazısı izlənildikdə qaydanın əslində “Bakı” klubunun başqa bir futbolçusu - Ernad Skuliç tərəfindən pozulduğu aşkar edilib. Bu səbəbdən Aleksey Savinova göstərilmiş sarı vərəqə onun aktivindən silinərək Ernad Skliçin aktivinə yazılıb. Oyunun 90+1-ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Fabio Luis Ramim hakimin qərarına etiraza görə sarı vərəqə ilə cəzalandırılıb. Matçın videoyazısı izlənildikdə hakimə etirazın “Bakı” klubunun futbolçusu Aleksey Savinov tərəfindən edildiyi aşkarlandığı üçün Fabio Luis Ramimə göstərilmiş sarı vərəqə onun aktivindən silinərək Aleksey Savinovun hesabına yazılıb.

Daha çox


Son xəbərlər