AFFA dörd futbol veteranına iş verdi

XƏBƏR 7 Dekabr 2009 / 18:03 1661
-  A +

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol veteranlarına yeni vəzifə verib. Qol.Az-ın məlumatına görə, Vladislav Qədirov, Səməd Qurbanov, Nadir Qasımov və İqor Getman bundan sonra seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcəklər. AFFA-nın rəsmi saytının məlumatında deyilir ki, adları çəkilən mütəxəssislər «Azercell U-17 liqa»nın V turunun oyunlarına təyinatları alıblar: «Muğan» - «Qarabağ» - Vladislav Qədirov «Bakı» - «Neftçi İSM» - Səməd Qurbanov «Qəbələ» - «Vətən» - Nadir Qasımov «İnter» - «MKT-Araz» - İqor Getman «Olimpik-Şüvəlan» - «Xəzər-Lənkəran» - Vadim Vasilyev

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı