Bolqarıstan səfiri “İnter” – “Xəzər Lənkəran” matçını izləyib

XƏBƏR 7 Dekabr 2009 / 17:41 1757
-  A +

Premyer Liqanın “İnter” – “Xəzər Lənkəran” matçını izləyənlər arasında Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinov da olub. Qol.Az-ın “İnter”in rəsmi saytına istinadən verdiyi məlumata görə, səfir qarşılaşma ilə bağlı bunları bildirib: “Çox yaxşı oyun alındı. Mən deyərdim ki, Avropa səviyyəli qarşılaşma keçdi. Çempionatın güclü komandalarının görüşdüyü hiss olunurdu. Hər iki komandanın azarkeşləri gözəl atmosfer yaratmışdılar. Matçda bir sıra maraqlı məqamlar oldu. Leo Roşanın qapı dirəyinə dəydiyi zərbəsini xüsusi vurğulamaq istəyirəm. Belə gözlənilməz anlar futbolu bəzəyir”. Xatırladaq ki, “İnter”in prezidenti Georgi Nikolov da Bolqarıstan vətəndaşıdır.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord