Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
“Beşiktaş” bu gün çempion ola bilər – bir qələbə yetər

Yazarlar
 “Səbail” yaşasın, “Turan” dağılsın?
Aydın BAĞIROV
 Rauf Əliyevin son şansı...
Anar Şabanoğlu
 Olmayan Ağdam və olan Tovuz…
Aqil Abbas
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Millimizin mükafatlandırma mərasimindən - Şəkillər
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
Çempionlar Liqasının finalında bir ilk
"Qarabağ"ın rəqibləri bəlli oldu
Azərbaycan futbolunda ilk dəfə - “Qarabağ”ın ÇL-də işi asanlaşır
Bu da son: klublar lisenziyalarını aldı
Linklər
525ci Qəzet

Arayış
A A A

[11.11.2015]
Arayış

Futbolumuzun qəsdinə duranlar az idi, biri də bu yandan çıxdı. Yağışı deyirəm, yağışı. Başladısa, dayanmaq bilmir, payızın bütün planını bir-iki gündə doldurmaq istəyir.

Bakını, Qəbələni, Gəncəni deyə bilmərəm. Amma belə görünür ki, Lənkəranla ayrı haqq-hesabı var. Neçə vaxtdır işləri yolunda getməyən “Xəzər Lənkəran”a yağış da bir tərəfdən “ilişir”. Necə deyərlər, əri döyən arvadı, it də qapır bir yandan. 

FİFA-nın bu klubla “razborka”sını bilməyən bir kimsə yoxdur, bəs yağış cənublulardan nə istəyir, bilmirəm? Həftə səkkiz, mən doqquz gəlib stadionunun, bazanın qapısını kəsdirir ki, mən də varam. Deyilənə görə, əvvəllər ancaq vergi yığanlar belə tez-tez gəlirmişlər. Nə isə, məsələni qəlizləşdirməyək...

Ələyi ələnib, xəlbiri göydə fırlanan “Xəzər Lənkəran” növbəti ev oyununu da yağış altında keçirəsi olub. Bu gün Premyer Liqamızda at oynadan “Qarabağ”la günəşli havada oynamaq asan məsələ deyil, yağış altında “ağ yaşıllar”ın işi lap çətinə düşüb.

“Xəzər Lənkəran”ın çempionatın lideri ilə görüşünü izləyə bilmədim, hər iki klubun futbolçuları yağış və palçıqla mübarizə aparanda dəvət olunduğum seminardan qayıdırdım. Başıma yağış döyəcləməsə də, narahat idim. Stadiondakı qardaşlarla yolboyu tez-tez telefon əlaqəsi saxlayırdım, belə məlum olurdu ki, bircə yağış və hesab “Xəzər Lənkəran”ın əleyhinə işləyir.
Sonra qarşılaşma ilə bağlı jurnalist yazılarını, azarkeş şərhlərini oxudum, oyundan hazırlanan video özətə baxdım. Yunis Hüseynovun gənc futbolçuları Bakıda olduğu kimi, Lənkərandakı cavab görüşündə də “Qarabağ”a layiqli müqavimət göstərməyi bacarıblar. Orxan Sadıqlı, Elvin Mirzəyev, Zaman Mirzəzadə, Elnur Cəfərov, Elşən Rzazadə... oyun boyu dəfələrlə azarkeşlərin alqışını qazanıblar. Qurban Qurbanov da oyun sonrası mətbuat konfransında  lənkəranlı gənclərin mübarizə əzmini xüsusi qeyd edib.

Lənkərandakı matçı idarə edən baş hakim Rauf Cabbarovu da qeyd etmək məncə yerinə düşər. Yağış altında və gilli-palçıqlı meydanda ora-bura qaçmaq asan məsələ deyil. Oyunun 50-ci dəqiqəsində, “Qarabağ” hesabda irəli olarkən köhnə tanışımız Əfran İsmayılov cərimə meydançasında topu əli ilə önünə atıb “Xəzər Lənkəran”ın hücumunu pozub. Baş hakim Rauf Cabbarov da həmin an uzaqda yox, elə oralarda imiş, hətta əllə işarə verib ki, penalti boş şeydi, oyun davam etsə, evə bir az tez qayıdarıq. Yoxsa yağış bizİ birtəhər edəcək.
Referinin qərarında başqa bir şey axtarmağın yeri yoxdu. Hamı bilir ki, həmin gün Lənkəranda yağış yağıb, baş hakimin də başı möhkəm islanıb. Ona görə də Rauf bəy Əfranın indi dartışılan hərəkətini yaxşı görməyib.Rauf Cabbarov lazım olsa, Hakimlər Komitəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən arayış da təqdim edə bilər. Komitənin sədri, dostumuz Xaqani bəy sənədlə-sübutla danışmağı xoşlayan mütəxəssis kimi yəqin ki, baş hakimdən arayış tələb edəcək.
Rauf Cabbarova bir xırda məsələni xatırlatmağa ehtiyac var, yağış yenə aranı qatmaq istəyir. Arayışı nazirlikdən alıb AFFA-ya tərəf gedəndə işini möhkəm tutsun, yağış arayışı islada bilər...

Etibar CƏBRAYILOĞLU,
“Het-trik news”  qəzeti

4992 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
07.10.2016  12:10 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
28.04.2016  12:51 Bir dön bizim “Bakı"ya bax...
29.12.2015  14:11 Üzən manat, aradan çıxan futbol
13.12.2014  14:51 “Kitayski” çex
29.04.2014  12:03 “Xəzər Lənkəran” rəhbərliyi Biləcəri nədi, heç Qumbaşı kəndini keçə bilmədi
29.03.2014  12:12 Çörəyi çörəkçiyə, pulu Dənizliyə
17.03.2014  11:12 Messinin dərdi var, Messi xəstədi
22.01.2014  14:07 Dənizliyə yol göstərmək
01.01.2014  15:03 Yeni il hədiyyəsi - Foqts
11.12.2013  13:43 Mənə Dənizli verin!
 
 
  28.05.17
18:40
  6 həftəlik sıradan çıxdı - “Barselona” açıqladı
18:10
  “Zenit” Mançini ilə danışıqlar aparır
17:45
  “Qarabağ” və “Qəbələ”nin uşaq komandası Tiflisdə
15:53
  “İnter”in sabiq baş məşqçisi Çexiyada
15:20
  "Qəbələ"də bizə olan münasibət xoşuma gəlmirdi" – Ruslan Fomin
15:01
  “Zirə” fransalı futbolçunu göndərdi
14:36
  6 ay oynamaya bilər - “Borussiya”da ciddi itki
14:10
  “Daha övladı olmayacaq” – Ronaldonun anası
13:17
  Pol Poqba Məkkədə - Video
13:02
  Ərdoğan “arena olmaz" dedi - 4 stadionun adı dəyişdi
12:37
  “Beşiktaş” bu gün çempion ola bilər – bir qələbə yetər
12:21
  Qrizmann “Atletiko”da qalır
11:16
  “Anam qol vurduğuma inanmayacaq” – “Yuventus”un 17 yaşlı hücumçusu
11:01
  “Qəbələ”nin bir rəqibi müəyyənləşdi
10:34
  Daha 1 il “Mançester Yunayted”də
10:17
  Luis Enrike “Barselona”dan getdi
01:58
  Premyer Liqa klubunda yeni baş məşqçi
01:37
  “Barselona” titulsuz qalmadı - Video
01:24
  PSJ kuboku avtoqolla qazandı - Video
01:09
  Eddinin komandasından heç-heçə
00:53
  Kubok “Borussiya”ya qismət oldu - Video
00:41
  “Yuventus” son oyunda da qələbə qazandı - Video
00:29
  “Borussiya” mövsümü kubokla bitirdi
00:13
  Azərbaycan futbolunda ilk dəfə - “Qarabağ”ın ÇL-də işi asanlaşır
00:00
  “Slaviya” 8 ildən sonra çempion oldu
  27.05.17
22:50
  "Arsenal" "Çelsi"ni məğlub etdi - Video
22:28
  "Arsenal" İngiltərə kubokunun qalibi oldu
21:51
  Ramil Şeydayev çempionatı dublla başa vurdu
21:22
  "Arsenal"ın ən yaxşı oyunçusu seçildi
20:30
  Mourinyodan Qrizmann açıqlaması
19:53
  "Beşiktaş"da ciddi itki
19:18
  "Yuventus" əla komandadır" - Ronaldo
18:23
  Bundesliqanın ən yaxşı bombardirinin vurduğu qollar - Video
17:51
  “Napoli” bombardirlə müqaviləni artırdı
17:20
  Klublarımızın yay transferləri - Yenilənir
16:30
  “Barsa”nın zədəliləri sağaldı
15:36
  Premyer Liqada mövsümün ən yaxşısı seçildi
14:43
  Kubokun finalında London derbisi
14:00
  Dünyanın ən varlı 10 futbolçusu - siyahı
13:30
  "Qarabağ" beynəlxalq turnirə gedir
13:20
  "Neftçi"nin mətbuat xidmətində yeni rəhbər
12:38
  İspaniya kubokunda final - "Barselona", yoxsa "Alaves"?
12:24
  Etopaz-da 60 canlı oyun
11:40
  Bundesliqanın rəmzi komandası açıqlandı
11:06
  "Yuventus" di Mariya ilə danışıqlara başladı
10:30
  "Prosineçki heç yerə getmir"
10:11
  Ronaldo borcunu ödədi
09:45
  Bundesliqada cari mövsümün ən yaxşı 10 seyvi - Video
01:25
  Çempionlar Liqasının finalında bir ilk
00:50
  “Beşiktaş” Caneri “İnter”dən alır
00:01
  "Arsenal"da ciddi itki - final oyununu buraxır
  26.05.17
23:00
  Qapıçılardan möhtəşəm qurtarışlar - Video
22:53
  Rəsmən "Mançester Siti"də
22:09
  "Çelsi" Konte ilə razılığa gəldi
21:02
  Həftənin ən gözəl qol ötürmələri - Video
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore