Berti Foqts: “Onsuz da onların bəxti həmişə gətirir”

Berti Foqts: “Onsuz da onların bəxti həmişə gətirir”
ÖLKƏ FUTBOLU 7 Dekabr 2009 / 11:37 2120
-  A +

“Hesab edirəm ki, püşkdə Almaniya millisinin bəxti gətirdi. Bu da yenilik deyil. Çünki almanların bəxti onsuz da həmişə gətirib”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri dünya çempionatının püşkatmasının Almaniya millisi üçün nə dərəcədə uğurlu alınması barədə fikirlərini bildirən milli komandamızın baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis dünya çempionatının favoritləri qismində gördüyü komandaların da adlarını açıqlayıb: “Fikrimcə, Serbiya, Qana və Avstraliya milliləri ilə eyni qrupda almanlar elə bir çətinliklə üzləşməməlidirlər. Favoritlər arasında Almaniya ilə yanaşı İspaniya, Braziliya, İngiltərə və sonuncu dünya çempionu İtaliya millilərini görürəm”. Xatırladaq ki, “D” qrupunda yer alan Almaniya millisi Avstraliya, Serbiya və Qana milliləri ilə bir qrupda yer alıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın