Tovuzda azarkeşlərlə PFL-in operatoru arasında insident yaşanıb

Tovuzda azarkeşlərlə PFL-in operatoru arasında insident yaşanıb
XƏBƏR 7 Dekabr 2009 / 03:00 1705
-  A +

Premyer Liqanın "Turan" – "Neftçi" matçı zamanı yaşanan xoşagəlməz hallardan biri də tovuzlu azarkeşlərlə PFL-in operatoru arasında baş verib. Qol.Az-ın məlumatına görə, matçsonrası baş verənləri kameraya çəkmək istəyən operator bir qrup fanatın etirazı ilə qarşılaşıb. Azarkeşlər ondan çəkilişi dayandırmağı tələb ediblər. Çəkilişin dayanmadığını görən fanatlarla operator arasında qarşıdurma yaranıb. Yalnız polis işçilərinin məsələyə müdaxiləsindən sonra azarkeşləri sakitləşdirmək mümkün olub.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"