Haciyevski “Atromitos”da debütunu qələbəylə qeyd etdi

Haciyevski “Atromitos”da debütunu qələbəylə qeyd etdi
DÜNYA FUTBOLU 6 Dekabr 2009 / 22:44 2346
-  A +

“Bakı”nın və milli komandamızın keçmiş baş məşqçisi Coko Haciyevskinin yeni klubu - Kipr “Atromitos”u bu gün ölkə çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, “Atromitos” səfərdə “Agia Napa” klubunun qonağı olub. Görüş Haciyevskinin yeni klubunun qələbəyilə başa çatıb. “Atromitos” rəqibini 2:0 hesabıyla məğlub edib. Bu qələbə sayəsində xallarının sayını 15-ə yüksəldən Haciyevskinin klubu turnir cədvəlində səkkizinci pilləyə yüksəlib. Hazırda “Atromitos”u lider “Alki Larnaka”dan 12 xal ayırır. Komanda növbəti oyununu dekabrın 12-də öz meydanında “ASİL Lysi”yə qarşı keçirəcək.   


Son xəbərlər