Bülənt Qorxmaz: "Futbolçularıma standard vəziyyətlər zamanı ehtiyatlı olmalarını tapşırmışdım"

Bülənt Qorxmaz: "Futbolçularıma standard vəziyyətlər zamanı ehtiyatlı olmalarını tapşırmışdım"
PREMYER LİQA 5 Dekabr 2009 / 16:32 3149
-  A +

“Komandamın oyununu bəyəndim. Fikrimcə hesab arasındakı fərq daha da böyük ola bilərdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün keçirilən “Standard” – “Bakı” matçının oyunsonrası mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Bülənt Qorxmaz deyib. Baş məşqçi narazı qaldığı məqamların olduğunu da bildirib: “Oyundan qabaq futbolçularıma tapşırmışdım ki, standard vəziyyətlər zamanı diqqətli olsunlar. Çünki rəqibimiz bundan yaxşı istifadə etməyi bacarır. Oyun zamanı da bunun şahidi olduq. Təəssüf edirəm ki, dönə-dönə tapşırmağıma baxmayaraq, bu vəziyyətdən qapımızda qol gördük. Bununla belə ümumi götürdükdə komandamın oyununda irəliləyiş hiss olunur”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı