Dünya çempionatında qrupların tərkibi məlum oldu (YENİLƏNİB)

Dünya çempionatında qrupların tərkibi məlum oldu (YENİLƏNİB)
DÜNYA FUTBOLU 4 Dekabr 2009 / 22:25 2983
-  A +

Bu gün 2010-cu il Cənubi Afrika Respublikasında (CAR) dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Qol.Az-ın məlumatına görə, CAR-ın Keyptaun şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Püşkatma mərasimini cənubi afrikalı aktrisa Şarlis Teron aparacaq.
Püşk nəticəsində 32 milli komanda 8 qrupda yer alacaq. Mərasimdən öncə millilər 4 səbətə bölüşdürülüb:

I səbət: Braziliya, İspaniya, Hollandiya, İtaliya, Almaniya, İngiltərə, Argentina, CAR

II səbət: Avstraliya, Yaponiya, Cənubi Koreya, KXDR, Honduras, Meksika, ABŞ, Yeni Zelandiya.

III səbət: Əlcəzair. Kamerun, Kot d`İvuar. Qana, Nigeriya, Çili, Paraqvay, Uruqvay.

IV səbət: Danimarka, Fransa, Yunanıstan, Portuqaliya, Serbiya, Slovakiya, Sloveniya, İsveçrə.

                                        ***

Artıq tədbirə start verilib. Hazırda mərasimin rəsmi hissəsi keçirilir. Püşkatmaya bir qədər sonra start veriləcək.  

                                        ***

Püşkatma mərasimi başlayır.

"A" qrupu: CAR, MEKSİKA, URUQVAY, FRANSA   

"B" qrupu: ARGENTİNA, NİGERİYA, CƏNUBİ KOREYA, YUNANISTAN

"C" qrupu: İNGİLTƏRƏ, ABŞ, ƏLCƏZAİR, SLOVENİYA

"D" qrupu: ALMANİYA, AVSTRALİYA, SERBİYA, QANA

"E" qrupu: HOLLANDİYA, DANİMARKA, YAPONİYA, KAMERUN  

"F" qrupu: İTALİYA, PARAQVAY, YENİ ZEYLANDİYA, SLOVAKİYA

"G" qrupu: BRAZİLİYA, KXDR, FİL DİŞİ SAHİLİ, PORTUQALİYA    

"H" qrupu: İSPANİYA, İSVEÇRƏ, HONDURAS, ÇİLİ

                                            ***

Turnirin açılış matçında meydan sahibi - CAR Meksika millisiylə qarşılaşacaq Mundialın ilk oyunu iyunun 11-də, sonuncu - final qarşılaşması isə iyulun 11-də baş tutacaq.   


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord