Hafiz Məmmədov - 45!

Hafiz Məmmədov - 45!
XƏBƏR 2 Dekabr 2009 / 12:00 3738
-  A +

Bu gün "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun ad günüdür. Qol.Az-ın məlumatına görə, "Bakı" futbol klubunun prezidenti Hafiz Məcid oğlu Məmmədov 2 dekabr 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2004-cü ilin noyabr ayından etibarən “Bakı” Futbol Klubunun prezidenti,  2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. "Baghlan Group FZCO”-nun prezidenti vəzifəsində çalışır. Məhz onun rəhbərliyi dövründə “Bakı” iki dəfə ölkə çempionu olub, bir dəfə kuboku qazanıb. Çempionlar Liqasında üçüncü mərhələyə adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Qol.Az saytının kollektivi bu əlamətdar gün münasibətlə Hafiz Məmmədovu təbrik edir, ona və rəhbərlik etdiyi komandaya yeni-yeni uğurlar arzulayır. 
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord