"Muğan"ın baş məşqçisi: "İnamla gələcəyə baxmaq lazımdır"

"Muğan"ın baş məşqçisi: "İnamla gələcəyə baxmaq lazımdır"
MÜSAHİBƏ 28 Noyabr 2009 / 01:43 3194
-  A +

Premyer Liqanın növbəti turu çərçivəsində sabah Sumqayıtda "Standard"la qarşılaşacaq "Muğan"ın baş məşqçisi Kemal Alispahiçin müsahibəsi

 

- Matçın hazırlıqları necə gedir?

- Bu oyuna kifayət qədər yaxşı hazırlaşmışıq."Standard"ı çox güclü komanda olaraq qiymətləndirirəm. Düşünürəm ki, gərgin bir matç olacaq. Hər iki komanda üçün qələbə çox önəmlidir. Bu komandalar son oyunlarda istədiyi nəticəni əldə edə bilmir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, hər iki tərəf 3 xal qazanmağa maksimum dərəcədə çalışacaq.

- Futbolçular özlərini məşqlərdə necə göstərirlər?

- Oyunçularım məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər. Ümid edirəm ki hər şey istədiyimiz kimi olacaq. Hər şey öz qaydasındadır. Zədəli və cəzalı futbolçularla bağlı problemlərin aradan qalxması məni çox sevindirir. "Standard" qarşısına tam heyətlə çıxmağı planlaşdırırıq. Komandanın aparıcı futbolçularının cəzalı və zədəli olması bizə son oyunlarda çətin anlar yaşatdı. Xoşbəxtlikdən bu problem tədricən həll olundu.

-  "Standard"la keçiriləcək oyunla bağlı hansı proqnozu verərdiniz?

- Əvvəlcədən pronoz vermək çətindir. Amma onu deyə bilərəm ki, yeganə məqsədimiz qələbədir. "Standad"la builki çempionatda ikinci oyunumuz olacaq. İlk oyunda minimal hesabla qələbə qazana bildik. Futbolçularım ilk matçda kifayət qədər baxımlı futbol nümayiş etdirmişdi. Ümid edirəm ki, bu matçda da sevinən tərəf biz olacağıq.

- Növbəti oyunlar barədə nə düşünürsünüz?

- Mənə elə gəlir ki, hər nə olursa olsun ümidsizliyə qapılmağa dəyməz. İnamla gələcəyə baxmaq lazımdır. "Muğan"ın mükəmməl futbolçu heyəti var. Növbəti oyunlarda səhvsiz oynasaq istədiyimiz nəticələri asanlıqla əldə edə bilərik. Qələbəyə inam çox böyük amildir. Hər halda hər şeyi oyun göstərəcək.

Mənbə: muganfc.az

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı