“BATE göylə getmir!” – sensasiyalı qələbənin memarı danışdı

“BATE göylə getmir!” – sensasiyalı qələbənin memarı danışdı
DÜNYA FUTBOLU 30 Sentyabr 2015 / 12:44 5961
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin dünən keçirilən 2-ci turunun oyununda öz meydannda İtaliya nəhəngi “Roma”nı qəbul edən BATE sensasiyaya imza atıb. Qol.Az-ın xəbərinə görə, Belarus təmsilçisi 3:2 hesabı ilə qalib gəlib və hər üç qolu da birinci hissədə vurub.

Oyundan sonra keçirilən mətbuat konfransında BATE-nin baş məşqçisi Aleksandr Yermakoviç bır sıra maraqlı məqamlara toxunub.


- Demək olarmı ki, birinci hissədə siz məşqçilik karyeranızdakı ən güclü həyəcanı yaşadınız?

- Bəlkə də. Top-kluba qalib gəlmək xoşdur. Belə hislər keçirməmişdim.

- Qələbənin ardı gələcəkmi?

                            
BATE-nin qol sevinci


- Əvvəlcə futbolçularıma təşəkkür edirəm. İndidən deyə bilmərəm ki, bundan sonra hamıya qalib gələcəyik və heç kimə uduzmayacağıq. Bu, futboldur. “Roma” ilə matçda yüz faiz gücümüzlə oynadıq. İkinci hissədə isə istədiyimiz tam alınmadı.

- Komandanız nəyin hesabına birinci hissəni belə yüksək səviyyədə keçirib üç qol vurdu?

- Çox dəqiq oynadıq. Müdafiədə futbolçularımız daha sayıq idi. Yaxşı əks-hücumlar qurduq. Mladenoviç yaxşı təsir bağışladı. Onun qolları matçın gözəlliyi idi. Futbolçularımız özlərinə və komandaya inandı. Nəzərdə tutduğumuz plan 60-70 dəqiqə işlədi.

- Bugünkü (dünənki – red.) matç göstərdi ki, BATE-nin oyununda çox şey motivasiyadan asılıdır. Bununla əlaqədar siz hansısa xüsusi addım atmışdınız?
 
- Köklü nəsə dəyişməmişdik. Oyundan əvvəl futbolçularla çox söhbət etdik. Başa düşürdük ki, bütün problemlərimiz psixoloji vəziyyətimizlə bağlıdır. Futbolçulara söyləmək üçün lazımi sözlər tapa bildik.

- Belə qələbədən sonra futbolçularınızı göydən yerə endirmək çətin olmayacaq?

- Siz nə danışırsınız? Biz havadayıq ki? Məgər tez-tez qələbə qazanırıq? Başa düşürük ki, biz haradayıq və kimlə oynayırıq. Biz göylə getmirik.

- Hər üç qolu sol cinahdan vurdunuz. Hücumları ancaq bu cinahdan qurmaq taktiki göstəriş idi, yoxsa bunu oyunun gedişatı diktə elədi?

- Bizim belı bir planımız yox idi. Hər iki cinahdan hücum qurmağı nəzərdə tutmuşduq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı