"Barselona"da növbəti ciddi itki

"Barselona"da növbəti ciddi itki
DÜNYA FUTBOLU 30 Sentyabr 2015 / 11:44 5663
-  A +

"Barselona"nın futbolçusu Andres İnyesta zədələnib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ispan yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Bayer"ə (Lezerkuzen) qarşı matçda zədə alıb və 60-ci dəqiqədə məcburi əvəzlənməli olub. Onun 4 həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Barselona" - "Bayer" oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bundan əvvəl Lionel Messinin 6-8 həftə oynamayacağı açıqlanıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın