Elmar Xeyirov: “Standard”da sadəcə, məşq edirəm”

Elmar Xeyirov: “Standard”da sadəcə, məşq edirəm”
MÜSAHİBƏ 27 Noyabr 2009 / 12:45 4537
-  A +

"MTZ-Ripo"nun sabiq futbolçusu Elmar Xeyirovun Qol.Az-a blits müsahibəsi.


 

Elmar, necəsən işlər necə gedir?
- Sağ olun, işlər pis deyil. Hazırda hələ ki, Bakıdayam.
Karyeranı vətəndə davam etdirəcəksən, yoxsa, yenidən Belarusa qayıdacaqsan?
- Hələ bu haqda dəqiq bir söz deyə bilmərəm. Çünki, Belarusdan və Ukraynadan də təkliflər var. Menecerim bu işlərlə məşğul olur və tez-tez əlaqə saxlayırıq.
Hazırda “Standard”ın düşərgəsində məşq edirsən və deyilənə görə, növbəti klubun da məhz Sumqayıt təmsilçisi olacaq.
- Yox, bu məsələyə bir daha aydınlıq gətirərək deyim ki, bu dəqiqə real olaraq “Standard”a keçmək söhbətim yoxdur. Mən sadəcə, bu klubun heyətində formamı qorumaq üçün məşq edirəm. Bununla bağlı klub məşqçilərinə istəyimi çatdırdım, sağ olsunlar, onlar da etiraz etmədlər. Amma bu, o demək deyil ki, artıq “Standard”la razılığa gəlmişik və bu klubun oyunçusuyam.
Baş məşqçi Böyükağa Hacıyevlə görüşünüz olub?
- Bəli, Böyükağa müəllim məni komandasında görmək istəyir. Amma dediyim kimi, Ukrayna və Belarus klublarından da təklif aldığımdan ilk növbədə menecerimdən cavab gözləyirəm.
Elə isə, yeni klubunun adı nə vaxt bilinəcək ?
- Hər halda, yaxın müddətdə bilinəcək.

Daha çox


Son xəbərlər