Dieqo Simeonedən yeni rekord

Dieqo Simeonedən yeni rekord
DÜNYA FUTBOLU 28 Sentyabr 2015 / 13:49 4908
-  A +

Atletiko"nun baş məşqçisi Dieqo Simeone yeni rekorda imza atıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Madrid klubunu ard-arda ən çox çalışdıran baş məşqçi olub. La Liqanın 6-cı turunda "Vilyareal"a qarşı görüşlə argentinalı mütəxəssis "Atletiko"da ardıcıl 211-ci rəsmi matçına çıxıb. Bununla da o, bu göstəricidə klubun əfsanəsi Luis Araqonesi (210 oyun) geridə qoyub və yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, L.Araqones 4 fərqli dönəmdə "Atletiko"nu 13 mövsüm çalışdırıb. O, Madrid klubunda 611 rəsmi oyunda baş məşqçilik edib. L.Araqanos ardıcıl 210 matç "Atletiko"nu çalışdıra bilib.

Əlavə edək ki, 2011-ci il dekabrın 23-dən İspaniya klubunu çalşdıran D.Simeone 211 rəsmi oyunda 132 qələbə qazanıb O, bu nəticə ilə "Atletiko" tarixində ən çox qələbə qazanan məşqçilərin siyahısında 2-ci yerdədir. Birinci pillədə isə 307 qələbə ilə L.Araqonesdir.

Bundan başqa, D.Simeone klub tarixində ən tez 100 qələbə qazanan (156 oyuna) məşqçidir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın