"Borussiya"nın futbolçusundan yeni rekord

"Borussiya"nın futbolçusundan yeni rekord
DÜNYA FUTBOLU 28 Sentyabr 2015 / 11:42 4474
-  A +

"Borussiya" (Dortmund) klubunun futbolçusu Pyer-Emerik Obameyanq yeni rekorda imza atıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Qabon millisinin üzvü Bundesliqanın 7-ci turunda "Darmştadt"la görüşdə (2:2) dublla yadda qalıb.

Bununla da, 26 yaşlı futbolçu Bundesliqanın 7 turunun hamısında fərqlənən ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, aktivində 9 qol olan Obameyanq bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb. Siyahıya "Bavariya"nın hücumçusu Robert Levandovski 10 qolla başçılıq edir.


Son xəbərlər