Braziliyadan Neymara şok xəbər

Braziliyadan Neymara şok xəbər
DÜNYA FUTBOLU 26 Sentyabr 2015 / 01:21 12659
-  A +

"Barselona"nın futbolçusu Neymarın bank hesablarına və şirkətlərinə həbs qoyulduğu iddia edilib.
 
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna braziliyalı futbolçunun vergidən yayınması səbəb olub.

"O Globo" qəzeti Braziliya məhkəməsinin Neymarı 2011-2013-cü illərdə vergidən yayınmaqda ittiham etdiyini və futbolçunun bank hesablarına və şirkətlərinə müvəqqəti qadağalar qoyduğunu yazıb.

42,5 milyon avrosuna həbs qoyulan Neymarın "Santos"dan "Barselona"ya transferi zamanı 14,3 milyon avro məbləğində vergidən yayındığı irəli sürülüb. 23 yaşlı futbolçunun həqiqi transferinin qiymətinin gizli saxlanılaraq vergidən yayınması iddiası ilə bağlı İspaniyada aparılan araşdırmalar da davam edir. Kataloniya təmsilçisinin sabiq prezidenti Sandro Rosell və hazırkı prezident Josep Mariya Bartomeunun da məsuliyyətə cəlb olunması tələb olunur.

Qeyd edək ki, Neymar 2013-cü ildə "Santos"dan "Barselona"ya transfer olunub.


Son xəbərlər