Rüştünü “hər yerindən öpən” şərhçi danışdı

Rüştünü “hər yerindən öpən” şərhçi danışdı
DÜNYA FUTBOLU 26 Noyabr 2009 / 17:15 2726
-  A +

Dünən Çempionlar Liqasının beşinci turu çərçivəsində keçirilən “Mançester Yunayted” - “Beşiktaş” oyununu “Star TV”də şərh edən və “Əllərindən öpürəm Rüştü, hər yerindən öpürəm, Rüştü” açıqlamasıyla müzakirə mövzusuna çevrilən şərhçi Ertem Şener gündəmi zəbt edən açıqlamasına aydınlıq gətirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ertem Şener oyun bitdikdən sonra ilk olaraq həyat yoldaşının narazılığıyla qarşılaşdığını bildirib: “İnanırsınız, sözün açığı həmin anı bir o qədər də yaxşı xatırlamıram. Amma matç başa çatdıqdan sonra ilk olaraq həyat yoldaşım mənə telefonla zəng edərək, “nə danışdığının fərqindəydin?” dedi. Mən də cavabında nə danışdığımı bilirəm dedim. Əllərindən öpürəm, hər yerindən öpürəm deyərkən ... alnından, yanaqlarından, gözündən nəzərdə tuturdum. Amma deyəsən, insanlar çox “maraqlı” şeylər düşünməyə başlayıblar”.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki