"Əgər danışsam, məni də cəzalandıracaqlar" – Mourinyo

"Əgər danışsam, məni də cəzalandıracaqlar" – Mourinyo
DÜNYA FUTBOLU 24 Sentyabr 2015 / 15:43 5504
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo futbolçusu Dieqo Kostanın cəzalandırılmasına münasibət bildirməkdən çəkinib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis özünün də cəzalandırılmaması üçün Kosta haqda danışmaq istəməyib:

"Kostanın cəzası haqda danışmaq istəmirəm. Çünki əgər şərh versəm, müzakirələr aparsam, məsələ daha da dərinləşəcək və məni də cəzalandıracaqlar. Mən də bunu istəmirəm. Komandanın önəmli futbolçularından biri üç oyunluq cəzalandırılıb. Baş məşqçinin də cəzalandırılması komanda üçün ağır olar. Buna görə də sakit qalmağım daha məqsədəuyğundur".

Qeyd edək ki, Dieqo Kosta "Arsenal"la Premyer Liqa matçında (2:0) rəqibini təxribata çəkərək onun meydandan qovulmasına səbəb olduğu üçün İngiltərə Futbol Federasiyası ispaniyalı futbolçunu 3 oyunluq cəzalandırıb. 


Son xəbərlər