“Qalatasaray”ın daha iki futbolçusu “donuz qripi”nə tutuldu

“Qalatasaray”ın daha iki futbolçusu “donuz qripi”nə tutuldu
DÜNYA FUTBOLU 26 Noyabr 2009 / 13:14 2292
-  A +

Arda Turanın ardınca “Qalatasaray”ın daha iki futbolçusu “donuz qripi”nə tutulub. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Emre Güngör və Ufuk Ceylan artıq məşlərdən kənarda qalıblar.
“Florya Metin Oktay” bazasında dizinfeksiya işlərinin aparılmasına baxmayaraq, təcrübəli müdafiəçi və gənc qapıçı da artıq virusun daşıyıcılarına çevriliblər.
Dünən yüksək hərarətdən şikayətlənən Güngör və Ufuk məşqə burazxılmadı və hər iki futbolçu evə yola salındı. Hər iki futbolçunun sabah “Bursaspor” qarşı oynamayacağı dəqiqdir.


Son xəbərlər