"Barselona"da penaltini kim vuracaq: Messi, yoxsa?..

"Barselona"da penaltini kim vuracaq: Messi, yoxsa?..
DÜNYA FUTBOLU 22 Sentyabr 2015 / 15:25 10301
-  A +

"Barselona"da penalti zərbələrini yenə Lionel Messi yerinə yetirəcək.

Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisinin məşqçilər korpusu 11 metrlik cərimə zərbələrini digər futbolçuya həvalə etməyi lazım bilməyib.

"Barselona"nın baş məşqçisi Luis Enrike "Levante" ilə matçın 75-ci dəqiqəsində penaltidən yararlana bilməyən argentinalı futbolçuya güvənməkdə davam edəcək.

Komandanın futbolçuları və azarkeşləri də bundan sonrakı penalti zərbələrini Messinin vurmasına tərəfdar çıxıblar.

Qeyd edək ki, Messi yerinə yetirdiyi son 10 penalti zərbəsinin 4-dən yararlana bilməyib. 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı