“Borussiya”nın baş məşqçisi qovuldu

“Borussiya”nın baş məşqçisi qovuldu
DÜNYA FUTBOLU 22 Sentyabr 2015 / 11:50 5528
-  A +

"Borussiya”nın (Münhenqladbax) baş məşqçisi Lusien Favre istefaya göndərilib.

Qol.Az-ın məlumatına görə, komandanın cari mövsüm uğursuz çıxışı klub rəhbərliyini bu addımı atmağa vadar edib. “Borussiya” bu mövsüm Bundesliqada keçirdiyi beş oyunun hamısında məğlub olub və qapısından 22 top buraxıb.

Ötən mövsüm komandanı Almaniya Bundesliqasının üçüncüsü edən Favre ilə yeni mövsümdəki uğursuzluğa görə  yollar ayrılıb.

Münhenqladbax  təmsilçisini müvəqqəti olaraq Andre Şübert çalışdıracaq.


Son xəbərlər