"Bavariya" çempion olmayacaq" – Obameyanq

"Bavariya" çempion olmayacaq" – Obameyanq
DÜNYA FUTBOLU 22 Sentyabr 2015 / 03:11 5884
-  A +

"Borussiya"nın futbolçusu Pyer-Emerik Obameyanq iddialı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Obameyanq bu mövsüm "Bavariya"nın Bundesliqada çempion ola bilməyəcəyini deyib:

"Bavariya" Bundesliqanın aşkar favoritidir. Ancaq biz onların işini çətinləşdirmək üçün əlimizdən gələni edəcəyik. Mövsümə əla başlamışıq və hazırda eyforiya vəziyyətindəyik. Düşünürəm ki, "Bavariya" bu mövsüm Bundesliqada çempion ola bilməyəcək".

Qeyd edək ki, Bundesliqada geridə qalan 5 turdan sonra hər iki komanda 15 xalla turnir cədvəlində 1-2-ci pilləri bölüşürlər.


Son xəbərlər