Pavel Dorosevs: “Qəbələ”də nə bahalı, nə də ulduz futbolçu var”

Pavel Dorosevs: “Qəbələ”də nə bahalı, nə də ulduz futbolçu var”
MÜSAHİBƏ 25 Noyabr 2009 / 16:05 5270
-  A +

“Qəbələ”nin latviyalı qapıçısı Pavel Dorosevs Qol.Az saytına müsahibə verib.

 

“Qəbələ”nin cari mövsümdəki çıxışını necə qiymətləndirərdin? Hər halda komandanın dördüncü pillədə qərarlaşması pis nəticə sayılmamalıdır.
- Gəlin, düzünü deyək. Biz hazırda ancaq və ancaq önümüzdəki oyunları düşünürük. Yəni, bu gün oyunu oynadıq, artıq növbəti görüşü fikirləşməyə başlayırıq. Qiymətləndirməni yalnız mövsüm başa çatdıqdan sonra aparıb, nəticə çıxarmaq lazımdır ki, uğurlu oldu, ya yox. Hazırda bizim əsas məqsədimiz ilk növbədə “altılığ”a düşməkdir. Sonrasına baxacağıq.
Necə düşünürsən, “Qəbələ” ötən mövsüm daha güclü idi, yoxsa, bu indi?
-  Biz ötən mövsüm də pis oynamamışdıq. Xüsusən ikinci dövrədə. Bu mövsüm isə heyətə yeni futbolçular cəlb olundu və komanda daha da inamlı təsir bağışlamağa başladı.
Növbəti turda səfərdə “Simurq”la üz-üzə gələcəksiniz. Bu oyun haqqında da fikirlərini bilmək maraqlı olardı.
- Məqsədimiz birdir - ancaq və ancaq mübarizə aparıb, döyüşmək. Bilirsiniz ki, onlar çempionatın ilk turunda bizə məğlub oldular və yəqin ki, meydana revanş almaq üçün çıxacaqlar. Biz isə öz növbəmizdə həmin qələbənin təsadüfi olmadığını sübut etmək üçün əlimizdən gələni edəcəyik. Bir sözlə, bizi qarşıda çox güclü rəqiblə ciddi oyun gözləyir.
Rəqib sənin də dediyin kimi, revanş almaq istəyi ilə alışıb yanır. Bu mənada qarşılaşmanı prnsipial adlandırmq olar?
- Mən də elə düşünürəm ki, prinsipial qarşılaşma olacaq. Bilirəm ki, “Simurq” cəbhəsində hamı bu oyunu səbirsizliklə gözləyir. Elə biz də.
Yəqin bilirsən ki, “Simurq” Zaqatalada belə demək olarsa, məğlubedilməzdir?
- Bilirəm, əlbəttə ki. Elə keçən mövsüm orada oynadıq və 0:1 hesabı ilə məğlub olduq. “Simurq” həqiqətən də evdə güclü təsir bağışlayır. Amma bu futboldur və hansı meydançaya ayaq basırsansa, çıxıb, 90 dəqiqə mübarizə aparmalısan. Fərqi yoxdur, Zaqatalada, Bakıda yaxud Lənkəranda.
Zaqatala stadionundakı qazonun süni olması sizə hansısa problem yarada bilər?
- Məncə burada heç bir problem yoxdur. Çünki bizim yeni meydançamız da sünidir və biz məşqlərimizi, oyunlarımızı orada keçiririk.
Pavel, necə düşünürsən, “Qəbələ”ni digər klublardan fərqləndirən əsas cəhət nədir?
- İlk növbədə büdcə və şərait. Məsələn, “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” kimi komandalar çox pul xərcləyib, bahalı futbolçular alırlar, Avropada təlim-məşq toplanışlarına gedirlər. Bizim komandada nə bahalı futbolçu var, nə də ulduz. “Qəbələ”nin əsas "silah"ı onun kollektiv oyunudur. Bax, digər klublardan ən əsas fərqimiz budur. Əgər bizim futbolçular fərdi oynamağa başlasalar, o zaman hər şey bizim üçün çox pis olar. Amma kollektiv şəkildə biz inanılmaz dərəcədə güclüyük.
- Ölkə kubokunda “Olimpik-Şüvəlan”a məğlubiyyəti nə ilə əlaqələndirərdin?
- Kubokdakı məğlubiyyətin əsas səbəbi ilk oyunda əldə etdiyimiz imkanları boşa verməyimizdir. “Olimpik-Şüvəlan” isə əlinə düşən imkanlardan düzgün istifadə edərək, 2 qol vurdu. Təkrar matçda yaxşı oynasaq da, yalnız 1 qolun əvəzini çıxa bildik. Bununla belə, hər şey artıq arxada qaldı. Kubokda mübarizəni dayandırmağımız bir mənada yaxşı oldu ki, bütün diqqətimizi ölkə çempionatına yönəldəcəyik.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı