Berti Foqts: "Azarkeşlərə borcumuz qalıb" (YENİLƏNİB-3)

Berti Foqts: "Azarkeşlərə borcumuz qalıb" (YENİLƏNİB-3)
XƏBƏR 19 Noyabr 2008 / 12:36 4754
-  A +

Bu gün Azərbaycanla qarşılaşacaq Albaniya yığması səfərdə oynamasına baxmayaraq hücum futbolu nümayiş etdirəcək. Rəqibimizin baş məşqçisi Ari Haan Albaniya mətbuatına açıqlamasında heyətdəki itkilərin planlarına təsir etmədiyini bildirib:

“Komandamızın hücum xəttində ciddi problemlər var. Azərbaycanla oyuna çağırdığım 5 hücumçudan yalnız üçü bu qarşılaşmada meydana çıxa biləcək. Onlardan da ikisi – Lika və Sukay milli komandada ilk matçına çıxmaq şansı əldə edəcək. Buna baxmayaraq, Bakıdakı görüşdə hücum futbolu oynayıb, qol axtarışında olacağıq”.

Türkiyənin “Hacettepe” klubunun hücumçuları Jilman Lika və Cevahir Sukay Albaniya millisinin debütantı olsalar da Azərbaycan yığmasına qarşı çıxış edib. Belə ki, 21 yaşlı futbolçular U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində komandamıza qarşı hər iki oyunda meydana çıxıb. Ötən ilin oktyabrın 17-də Bakıda İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən oyunda hər iki futbolçu 90 dəqiqə əvəzolunmadan meydanda olmuşdu. İki ay əvvəl Albaniyada baş tutan matçda isə hər iki oyunçu start heyətdə meydana çıxıb əvəzlənməsə də, Sukay 64-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. Bakıdakı matçda qırmızı vərəqə alan Elis Bakay da yenidən yığmamıza rəqib olacaq.

***

«Albaniya ilə oyuna tam hazırıq». Bu sözləri Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts dünən jurnalistlərlə söhbətində bildirib. Qol.Az-ın məlumatına görə, yığma komandamızın bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi məşqdən sonra jurnalistlərə açıqlama verən Foqts komandada heç bir problemin olmadığını vurğulayıb. Albaniya komandasının güclü olduğunu söyləyən Foqts bununla belə sabah meydana qələbə üçün çıxacaqlarını deyib: «Lixtenşteyenlə oyundan sonra azarkeşlərə borcumuz qalıb. Sabah bu borcumuzdan çıxmağa çalışacağıq».

 ***

- Komandanın sabahkı oyunu haqqında nə fikirləşirsiniz? Bəhreyn uğurunun arxası gələcəkmi?
- Çalışacağıq ki, bu oyunda qələbə qazanaq. Albaniya millisi sonuncu oyunu Portuqaliya komandası ilə 0:0 oynayib, mən onların məşqçisini də yaxşı tanıyıram. Rəqibizin heyətindəki oyunçular Almaniya, İsveçrə və başqa ölkələrin çempionatlarında çıxış edirlər, bu da onların güclü komanda olmasından xəbər verir.
- Albanlar burdan qələbəylə dönmək istəyəcək. Necə fikirləşirsiniz, onların bu arzusunu gözlərində qoymağı bacaracağıqmı?
- Bunu sabah biləcəyik.
- Komandada heyətlə bağlı problem var?
- Çox təəssüf ki, Kamran, Ramim, Aqil və Rail zədə ucbatından sabahkı oyunda oynamayacaq, amma     ele böyük problem yoxdur. Bu, cavan oyunçuların özlərini göstərmək üçün bir imkandır. Azərbaycan futbolunun gələcəyi cavan oyunçuların əlindədir. Biz onlara inanırıq və imkan verəcəyik ki, özlərini göstərsinlər.
- Oyunçuların fiziki durumu sizi razı salırmı?
- Mən onlardan razıyam. Ötən həftə çox yaxşı məşq ediblər, onlar 90 dəqiqə oynamağa hazırdılar.

***

Sabahkı oyun haqqında millimizin kapitanı Rəşad Sadıqov da öz fikirlərini söyləyib: “Biz çalışacağıq ki, qələbə qazanaraq azarkeşlərimizi sevindirək. Bizim azarkeşlərimiz qarşısında borcumuz var. Lixtenişteynlə Bakıdakı bərabərlikdən sonra komandaya yeni gələn oyunçular özlərini yaxşı tərəfdən göstərirlər. Çox gözəl kollektivimiz var”.
Şükür CAVAD

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı