"Arsenal"da ciddi itki

"Arsenal"da ciddi itki
DÜNYA FUTBOLU 3 Sentyabr 2015 / 20:57 4357
-  A +

"Arsenal"ın futbolçusu Danni Uelbek dizindən əməliyyat olunub.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ingiltərəli hücumçunun 4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, D.Uelbek ötən mövsüm "Mançester Yunayted"dən 16 milyon funt sterlinqə "Arsenal"a transfer olunub. O, London klubunda oynadığı 34 matçda 8 qol vurub.


Son xəbərlər