Norveç qalib gəldi, İtaliya liderliyə yüksəldi

Norveç qalib gəldi, İtaliya liderliyə yüksəldi
DÜNYA FUTBOLU 4 Sentyabr 2015 / 01:45 21618
-  A +

Bu gün “Avro-2016”nın seçmə mərhələsində VII turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, H qrupunda millimizin Xorvatiya ilə oyunu ilə yanaşı, daha iki görüş keçirilib.

İtaliya yığması öz meydanında autsayder Maltanı qəbul edib. Rəqibinə 1:0 hesabı ilə qalib gələn Antonio Kontenin komandası turnir cədvəlində liderliyə yüksəlib.
 
Ötən turda evdə millimizlə 0:0 bərabərə qalan Norveç isə səfərdə Bolqarıstanla üz-üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən Norveç yığması üçüncü pillədəki mövqeyini möhkəmləndirib.

Qeyd edək ki, 8-ci turda millimiz səfərdə Maltanın qonağı olacaq. Norveç öz meydanında Xorvatiyanı, İtaliya isə Bolqarıstanı qəbul edəcək.
  



3 sentyabr

“Avro-2016”nın seçmə mərhələsi

H qrupu

23:45. Bolqarıstan - Norveç - 0:1
Qol:
Forren, 57 (0:1)

23:45. İtaliya - Malta - 1:0
Qol: Pelle, 69 (1:0)


S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

İtaliya

7

4

3

0

10:5

15

2.

Xorvatiya

7

3

4

0

16:3

14

3.

Norveç

7

4

1

2

8:8

13

4.

Bolqarıstan

7

2

2

3

7:8

8

5.

Azərbaycan

7

1

2

4

4:11

5

6.

Malta

7

0

1

6

1:11

1


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"