Türkiyə qələbəni əldən verdi, Hollandiya uduzdu

Türkiyə qələbəni əldən verdi, Hollandiya uduzdu
DÜNYA FUTBOLU 4 Sentyabr 2015 / 01:40 31253
-  A +

“Avro-2016”nın seçmə mərhələsində VII turun oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, milli komandamızın yer aldığı H qrupundan əlavə A və B qrupunda da oyunlar keçirilib.

A qrupunun lideri İslandiya səfərdə Hollandiya millisi ilə qarşılaşıb. Qrup ikincisi Çexiya öz meydanında autsayder Qazaxıstanı sınağa çəkib. Hesabda geri düşən çexlər fasilədən sonra iki qol vurmaqla görüşdən qalib ayrılıb - 2:1.

Türkiyə millisi isə evdə Latviya ilə qüvvəsini sınayıb. Qrupdan çıxmaq şanslarını saxlayan Fatih Terimin komandası bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin 77-ci dəqiqədə hesabı açan Türkiyə millisi oyuna əlavə edilmiş 1-ci dəqiqədə qapısında top görüb - 1:1.

B qrupunun lideri olan Uels səfərdə Kiprin qonağı olub. Qaret Beylin vurduğu yeganə qol Uels liderliyini daha da möhkəmləndirib. İsrail yığması aktivində xalı olmayan Andorranı qəbul edib. Rəqibinə 4 cavabsız qolla qalib gələn İsrail yığması xalını 13-ə yüksəldib.
 
Qrup ikincisi Belçika isə doğma meydanda Bosniya və Hersoqavina yığması ilə qarşılaşıb. Matçın 15-ci dəqiqəsində Edin Dzeko qonaqları hesabda önə keçirib. Lakin matçın sonrakı dəqiqələrində 3 qol vuran belçikalılar görüşdən 3 xalla ayrılıb. 

Qeyd edək ki, C, D, E, F, G və İ qruplarının oyunları sabah və şənbə günləri keçiriləcək.





A qrupu

23:45. Çexiya - Qazaxıstan - 2:1
Qollar:
Loqvinenko, 21 (0:1), Skoda, 74 (1:1), 86 (2:1)

23:45. Hollandiya - İslandiya - 0:1
Qol:
Siqurdson, 51-pen (0:1)
Qırmızı vərəqə: Martins İndi, 33 (Hollandiya)

23:45. Türkiyə - Latviya - 1:1
Qollar:
S.İnan, 77 (1:0), Sabala, 90+1 (1:1)

 

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

İslandiya

7

6

0

1

15:3

18

2.

Çexiya

7

5

1

1

14:9

16

3.

Hollandiya

7

3

1

3

13:7

10

4.

Türkiyə

7

2

3

2

8:9

9

5.

Latviya

7

0

4

3

3:14

4

6.

Qazaxıstan

7

0

1

6

5:16

1



B qrupu

23:45. Belçika - Bosniya və Hersoqavina - 3:1
Qollar:
Dzeko, 15 (0:1), Fellaini, 23 (1:1), de Bruyne, 44 (2:1), Hazard, 78-pen (3:1)

23:45. Kipr - Uels - 0:1
Qol:
Beyl, 82 (0:1)

23:45. İsrail - Andorra - 4:0
Qollar:
Zehavi, 4 (1:0), Bitton, 22 (2:0), Hemed, 25-pen (3:0), Dabbur, 38 (4:0)

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

Uels

7

5

2

0

9:2

17

2.

Belçika

7

4

2

1

16:3

14

3.

İsrael

7

4

0

3

14:9

13

4.

Kipr

7

3

0

4

12:12

9

5.

Bosniya Herseqovina

7

2

2

3

9:10

8

6.

Andorra

7

0

0

7

3:27

0


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi