Florentina Peres Keylor Navasdan üzr istədi

Florentina Peres Keylor Navasdan üzr istədi
DÜNYA FUTBOLU 2 Sentyabr 2015 / 20:36 8250
-  A +

"Real"ın prezidenti Florentino Peres komandanın qapıçısı Keylor Navasdan üzr istəyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, kosta-rikalı qolkiperin "Mançester Yunayted"ə keçidi baş tutmadığı üçün F.Peres bu addımı atıb. Madrid klubunun prezidenti məşq zamanı K.Navasla danışıb və ondan üzr istəyib.

Qeyd edək ki, K.Navas "MY" ilə müqavilə imzalamaq üçün təyyarə ilə İngiltərə getmək istəyib. Ancaq son anda texniki problemlər səbəbindən transfer pəncərəsinin son gününə - avqustun 31-ə kimi onun "MY"a keçidi baş tutmayıb.

Xatırladaq ki, razılaşmaya əsasən, "Real" qapıçısı K.Navası "MY"nın qolkperi David de Xea ilə dəyişdirəcəkdi.


Son xəbərlər