"Atletiko" Raul Qarsiya ilə yolları ayırdı

"Atletiko" Raul Qarsiya ilə yolları ayırdı
DÜNYA FUTBOLU 31 Avqust 2015 / 12:30 6453
-  A +

"Atletiko" daha bir futbolçusu ilə yolları ayırıb.

Qol.Az-ın xəbərinə görə, Madrid klubu yarımmüdafiəçisi Raul Qarsiyanı "Atletik"ə satıb.

Bu barədə məlumatı Bilbao klubunun rəsmi saytı yayıb. Bildirilib ki, 29 yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, R.Qarsiya ötən mövsüm La Liqada oynadığı 31 matçda 9 qol vurub.


Son xəbərlər