"Rubin” ardıcıl ikinci dəfə Rusiya çempionu oldu

"Rubin” ardıcıl ikinci dəfə Rusiya çempionu oldu
DÜNYA FUTBOLU 21 Noyabr 2009 / 17:10 2478
-  A +

2009-cu ildə Rusiya çempionunun adı məlum olub. Qol.Az-ın məlumatına görə, sona 1 tur qalmış “Rubin” klubu ardıcıl ikinci il qızıl medalları özü üçün təmin edib.
29-cu turun oyununda öz meydanında “Zenit”i qəbul edən Kazan təmsilçisi heç-heçəylə (0:0) razılaşsa da, ÇSKA-nın “Spartak”ı 3:2 hesabıyla məğlub etməsi “Rubin”in çempionluğunu rəsmiləşdirib. Qeyd edək ki, sona bir tur qalmış “Rubin” “Spartak”ı 5 xal qabaqlayır.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi