Avropa Liqasının qrup mərhələsində 48 klub

Avropa Liqasının qrup mərhələsində 48 klub
DÜNYA FUTBOLU 28 Avqust 2015 / 03:45 11065
-  A +

Avropa Liqasının pley-off mərhələsinin cavab görüşlərindən sonra qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, həmin komandaların sırasında Azərbaycanın iki təmsilçisi var.

"Qəbələ" "Panatinaikos" (Yunanıstan) səddini keçməklə tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ əldə edib. "Qarabağ" isə "Yanq Boyz" (İsveçrə) klubunu mübarizədən kənarlaşdırmaqla bu hüquqa yiyələnib.

Qeyd edək ki, qrup mərhələsinin püşkü bu gün, Bakı vaxtı ilə saat 16:00-da atılacaq.



Avropa Liqasının qrup mərhələsinin bütün iştirakçıları:
 
"Pley-off"un qalibləri: "Qarabağ" (Azərbaycan), "Qəbələ" (Azərbaycan), "Bordo" (Fransa),  "Ayaks" (Hollandiya), "Rubin" (Rusiya), "Krasnodar" (Rusiya), "Lex" (Polşa), "Sent-Etyen" (Fransa), "Sparta" (Çexiya), "AZ Alkmaar" (Hollandiya), PAOK (Yunanıstan), "Fənərbaxça" (Türkiyə), "Slovan" (Çexiya), "Rusenburq" (Norveç), "Borussiya" (Dortmund, Almaniya), "Dinamo" (Belarus), "Molde" (Norveç), "Viktoriya" (Çexiya), "Atletik" (Bilbao, İspaniya), "Midtilland" (Danimarka), "Legiya" (Polşa), "Belenenses" (Portuqaliya)   

Birbaşa qatılanlar: "Şalke" (Almaniya), "Napoli" (İtaliya), "Tottenhem" (İngiltərə), "Vilyareal" (İspaniya), "Marsel" (Fransa), "Dnerp" (Ukrayna), "Braqa" (Portuqaliya), "Fiorentina" (İtaliya), "Anderlext" (Belçika), "Liverpul" (İngiltərə), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Ausburq" (Almaniya), "Asteras Tripolis" (Yunanıstan), "Qroninqen" (Hollandiya), "Sion" (İsveçrə)

Çempionlar Liqasından gələnlər: "Seltik" (Şotlandiya), "Bazel" (İsveçrə), "Skenderbeu" (Albaniya), "Rapid" (Avstriya), “Monako” (Fransa), APOEL (Kipr), "Partizan" (Serbiya), "Latsio" (İtaliya), "Brügge" (Belçika), "Sportinq" (Portuqaliya)


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"