Səudiyyə Ərəbistanı millisində yeni baş məşqçi

Səudiyyə Ərəbistanı millisində yeni baş məşqçi
DÜNYA FUTBOLU 26 Avqust 2015 / 11:22 3748
-  A +

Səudiyyə Ərəbistanı millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.Az-ın futbol federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı bundan sonra Bert van Marveyk çalışdıracaq.

63 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Onun köməkçisi də bəllidir. Hollandiyalı mütəxəssisə "Bavariya", "Barselona" və "Milan"da çıxış etmiş Mark van Bommel köməklik edəcək.

Qeyd edək ki, van Marveykin son komandası Almaniyanın "Hamburq" klubu olub.


Son xəbərlər