"Astana" və BATE Çempionlar Lİqasının qrup mərhələsində!

"Astana" və BATE Çempionlar Lİqasının qrup mərhələsində!
DÜNYA FUTBOLU 27 Avqust 2015 / 01:38 25913
-  A +

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına yekun vurulub.

Qol.Az-ın məlumatına görə, keçiriləcək beş oyunla qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

“Mançester Yunayted” səfərdə “Brügge”nin (Belçika) qonağı olub. Öz meydanında keçirilən ilk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn İngiltərə klubu cütün favoriti hesab olunurdu. Səfərdə rəqibinə 4:0 hesabı ilə qalib gələn Mançester təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

Digər oyunlara gəldikdə  APOEL (Kipr) öz medyanında  "Astana” (Qazaxıstan) ilə qarşılaşıb. İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn "Astana" səfərdə tarix yazıb. Rəqibi ilə 1:1 bərabərə qalan Qazaxıstan klubu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.  

Leverkuzen “Bayer”i evdə “Latsio”nu (İtaliya) 3:0,  CSKA (Moskva) isə Portuqaliya “Sportinq”ini 3:1 hesabı ilə məğlub edərək qrup mərhələsində oynamaq hüququ əldə edib.  “Partisan” (Serbiya) isə BATE-ni (Belarus) 2:1 hesabı ilə məğlub etsə də, bu mərhələni keçməyə kifayət etməyib. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn BATE qrup mərhələsində oynamaq hüququ qazanıb.





26 avqust

Çempionlar Liqası, "pley-off"un ilk oyunları

23:45. APOEL (Kipr) - "Astana" (Qazaxıstan) - 1:1
Qollar:
Stiliç, 60 (1:0), Maksimoviç, 84 (1:1)
İlk oyun - 0:1

23:45. "Partizan" (Serbiya) - BATE (Belarus) - 2:1
Qollar:
Staseviç, 25 (0:1), Zavnerçik, 74-avtoqol (1:1), Saponjiç, 90+3 (2:1)
İlk oyun - 0:1

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Latsio" (İtaliya) - 3:0
Qollar:
H.Çalhanoğlu, 40 (1:0), Mehmedi, 48 (2:0), Bellarabi, 88 (3:0)
Qırmızı vərəqə: Maurisio, 68 ("Latsio")
İlk oyun - 0:1

23:45. "Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə) - 0:4
Qollar:
Runi, 20 (0:1), 49 (0:2), Runi, 57 (0:3), Herrera, 63 (0:4)
İlk oyun - 1:3

23:45. CSKA (Moskva, Rusiya) - "Sportinq" (Portuqaliya) - 3:1
Qollar:
Qutyerez, 36 (0:1), Dumbiya, 50 (1:1), Dumbiya, 72 (2:1), Musa, 85 (3:1)
Qırmızı vərəqə: Mario, 90+2 ("Sportinq")
İlk oyun - 1:2



25 avqust

23:45. "Malmö" (İsveç) - "Seltik" (Şotlandiya) - 2:0
Qol:
Rosenberq, 23 (1:0), Boyata, 55-avtoqol (2:0)
İlk oyun - 2:3

23:45. “Makkabi” (Təl-Əviv, İsrail) - "Bazel" (İsveçrə) - 1:1
Qollar:
Züffi, 11 (0:1), Zehavi, 24 (1:1)
İlk oyun - 2:2

23:45. "Dinamo" (Xorvatiya) - "Skenderbeu" (Albaniya) - 4:1
Qollar:
Soudani, 9 (1:0), Esquerdina, 10 (1:1), Hodziç, 15 (2:1), Taravel, 55 (3:1), Soundani, 80 (4:1)
Qırmızı vərəqə: Qonsalo, 48 ("Dinamo")
İlk oyun - 2:1

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Rapid" (Avstriya) 2:2
Qollar:
Marlos, 10 (1:0), Şaub, 13 (1:1), Hofman, 22 (1:2), Qladki, 27 (2:2)
İk oyun - 1:0

23:45. “Monako” (Fransa) - "Valensiya" (İspaniya) 2:1
Qollar:
Neqredo, 4 (0:1), Raqqi, 17 (1:1), Elderson, 75 (2:1)
İlk oyun - 1:3

 

 


Son xəbərlər