Blatter: "Mən vicdanlı və dürüst insanam"

Blatter: "Mən vicdanlı və dürüst insanam"
DÜNYA FUTBOLU 25 Avqust 2015 / 14:41 2395
-  A +

FİFA prezidenti Yozef Blatter BBC telekanalına önəmli açıqlama verib.

Qol.Az-ın məlumatına görə, adı rüşvət qalmaqalında hallanan 75 yaşlı Blatter günahsız olduğunu deyib: "Mən nələr etdiyimi yaxşı bilirəm. Vicdanlı və dürüst insan olduğumu düşünürəm.  Bu məsələlərdə günahım yoxdur. Buna görə də narahat deyiləm".

Y.Blatter 2018-ci və 2022-ci illərdə Rusiya və Qətərin futbol üzrə dünya çempionatını keçirmək hüququnu nə dərəcədə düzgün əldə etdiklərinə şübhə ilə yanaşılmasına da münasibət bildirib:

"FİFA-da problem yoxdur. Futbolda saxtakarlıq yoxdur. Saxtakarlıqları insanlar edir".

Y.Blatter 2010-ci ildə keçirilən dünya çempionatına  ev sahibliyi hüququnun CAR-a verilməsi üçün rüşvət aldığını etiraf edən sabiq FİFA nümayəndəsi Chuzk Blazerlə bağlı bunları deyib:

"Buna özü məsuliyyət daşıyır. Onu deyə bilərəm ki, 2010-ci ildə keçirilən dünya çempionatında heç bir saxtakarlıq edilməyib".

Y.Blatter FİFA prezidentliyinə namizəd olacağı gözlənilən  UEFA prezidenti Mişel Platini haqda da danışıb:

 "Platini məni əvəzləyə bilər. Ancaq kimin prezident seçiləcəyini bilmirəm. Bu, məni maraqlandırmır".

Qeyd edək ki, Blatter mayın 29-da keçirikən seçkilərdə FİFA prezidenti seçilsə də, 4 gün sonra hər kəs tərəfindən dəstəklənməməsini əsas gətirərək istefa verib.


Son xəbərlər