"Qalatasaray" "Mançester Siti"nin futbolçusu ilə danışıqlar aparır

"Qalatasaray" "Mançester Siti"nin futbolçusu ilə danışıqlar aparır
DÜNYA FUTBOLU 24 Avqust 2015 / 20:32 8523
-  A +

"Qalatasaray" "Mançester Siti"nin müdafiəçisi Jason Denayeri icarəyə götürmək istəyir.

Qol.Az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, belçikalı oyunçu Türkiyə klubu ilə bununla bağlı danışıqlar aparmaq üçün İstanbula gedib. Danışıqlar müsbət nəticələnsə, "Qalatasaray"ın bu həftə J.Denayerlə müqavilə imzalayağı gözlənilir.

Qeyd edək ki, "Mançester Siti" ilə 2020-ci ilə  qədər müqaviləsi olan J.Denayerin təzminat qiyməti 3 milyon avrodur.

Əlavə edək ki, J.Denayer ötən mövsüm icarə əsasında "Seltik"də oynayıb.


Son xəbərlər