"Barselona"da birdən-birə iki ciddi itki

"Barselona"da birdən-birə iki ciddi itki
DÜNYA FUTBOLU 24 Avqust 2015 / 15:33 10874
-  A +

İspaniya La Liqasının ilk turunda səfərdə "Atletik"ə 1:0 hesabı ilə qalib gələn "Barselona" ciddi ilə üzləşib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisinin iki futbolçusu - Dani Alveş və Serxio Buskets zədələnərək sıradan çıxıb.

Bilbaoda baş tutan görüşdə zədələnərək meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan hər iki futbolçunun durumu ciddidir. Busketsin 15 gün, Alveşin isə 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Qeyd edək ki, Alveş La Liqada "Malaqa", "Atletiko", "Levante" və "Selta Viqo" ilə oyunlarla yanaşı, Çempionlar Liqasının iki qrup matçında da komandasına kömək edə bilməyəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın