Luis Enrike: "Favorit "Barselona"dır"

Luis Enrike: "Favorit "Barselona"dır"
DÜNYA FUTBOLU 22 Avqust 2015 / 19:37 8153
-  A +

"Barselona"nın baş məşqçisi Luis Enrike La Liqanın 1-ci turunda "Atletik"lə (Bilbao) oyun öncəsi açıqlama verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o,  bu mövsümdə ölkə çempionatının kubokunu qazanacaqlarına inandığını deyib: "Bu mövsüm də favorit bizik. Çünki son çempionuq. Son 10 ildə ən çox kubok qazanan komandayıq. Biz bu yarışa hazırıq".

L.Enrike rəqib haqda da fikirlərini bildirib: "Atletik" güclü komandadır. Onlar heç vaxt mübarizəni dayandırmırlar və rəqibin topa daha çox nəzarət etməsinə imkan vermirlər. "Atletik"in Aduriz kimi güclü hücumçusu var. Ancaq bu dəfə üstünlük bizdədir. Çünki biz istirahət etmişik, amma onlar Avropa Liqasında oyun keçiriblər".

Qeyd edək ki, "Atletik" İspaniya superkubokunda "Barselona"ya iki matçın nəticəsinə əsasən qalib (4:0, 1:1) gələrək kubokun sahibi olub.

Əlavə edək ki, "Atletik" - "Barselona" qarşılaşması sabah keçiriləcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki