"Barselona" Pedronu yola salır

"Barselona" Pedronu yola salır
DÜNYA FUTBOLU 20 Avqust 2015 / 14:17 6319
-  A +

"Barselona" futbolçusu Pedronun klubdan ayrılmaq üzrə olduğunu təsdiqləyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubunun icazəsi ilə 28 yaşlı hücumçu komandanın bugünkü məşqində iştirak etməyib. “Barselona” rəsmi şəkildə bildirib ki, Pedro hazırda gələcək karyerası ilə bağlı qərar verməklə məşğuldur. Bu səbəbdən o, məşqə qatılmayıb.

Xatırladaq ki, bundan əvvəl Pedronun "Mançester Yunayted"də transfer olunacağı gözlənilirdi. Ancaq son günlərdə "Çelsi" də ispan oyunçunun transferi üçün "Barsa" ilə danışıqlara başlayıb. Pedronun 28 milyon avroya London klubuna keçəcəyi iddia edilir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı