"Mançester Yunayted" və "Latsio" qalib gəldi

"Mançester Yunayted" və "Latsio" qalib gəldi
DÜNYA FUTBOLU 19 Avqust 2015 / 01:42 30609
-  A +

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, mərhələnin açılış günündə 5 qarşılaşma keçirilib.

Günün ilk oyunu  Qazaxıstanda baş tutub. Burada yerli "Astana" Kiprin APOEL klubunu sınağa çəkib. Meydan sahibləri rəqibini 1:0hesabı ilə məğlub edib.

Digər oyunlarda BATE evdə "Partizan"ı 1:0, "Sportinq" isə CSKA-nı (Moskva) 2:1 hesabı ilə məğlub edib.

İngiltərə nəhəngi "Mançester Yunayted" öz meydanında "Brügge" ilə münasibətlərinə aydınlıq gətirib. Görüş “qırmızı şeytanlar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Latsio" isə Leverkuzen "Bayer"indən üstün olub – 1:0.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin qalan 5 görüşü bu gün keçiriləcək.

 

18 avqust

Çempionlar Liqası, "pley-off"un ilk oyunları

21:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr) - 1:0
Qol:
Dzholçiyev, 14 (1:0)

23:45. BATE (Belarus) - "Partizan" (Serbiya) - 1:0
Qol:
Qordeçuk, 75 (1:0)

23:45. "Latsio" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0 Qol: Keyta, 75

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika) - 3:1
Qollar:
Karrik, 8-avtoqol (0:1), Depay, 13 (1:1), 43 (2:1), Fellaini, 90+4


23:45. "Sportinq" (Portuqaliya) - CSKA (Moskva, Rusiya) - 2:1
Qol:
Qutierez, 12 (1:0), Doumbia, 40 (1:1), Slimani, 82 (2:1)

 

19 avqust

23:45. "Bazel" (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail)

23:45. "Seltik" (Şotlandiya) - "Malmö" (İsveç)

23:45. "Rapid" (Avstriya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:45. "Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya)

23:45. "Valensiya" (İspaniya) - “Monako” (Fransa)


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı