Mourinyo: "Nəticə ədalətli olmadı"

Mourinyo: "Nəticə ədalətli olmadı"
AVRO-2012 17 Avqust 2015 / 11:07 6354
-  A +

"Birinci hissədə daha yaxşı oynayan komanda qələbə qazandı. Ancaq ikinci hissədə üstün tərəf biz idik. İlk yarı çətin keçdi. Qol epizodları yarada bilmədik. Buna baxmayaraq, qapıçımız önəmli qurtarışlarla seçildi".

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 2-ci turunda "Mançester Siti"yə 0:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, nəticənin ədalətli olmadığını bildirib: "Çünki ikinci hissənin ən yaxşı komandası biz idik".

J.Mourinyo fasilədə Con Terrinin əvəzləməsi haqda da danışıb: "Terri zədəli deyildi. Bu, sadəcə bir qərar idi. Kurt Zouma daha sürətli müdafiəçidir. Ona görə bu əvəzetməni etdim. Terri inandığım futbolçulardan biridir. Əvvəlki baş məşqçilər onu heyətə belə daxil etmirdi. Terrinin "Çelsi"də karyerasının bitdiyini düşünürdülər. O, möhtəşəm oyunçudur".


Son xəbərlər