"Bavariya" darmadağınla başladı

"Bavariya" darmadağınla başladı
DÜNYA FUTBOLU 15 Avqust 2015 / 01:43 9118
-  A +

Almaniya Bundesliqasında 2015/2016 mövsümünə start verilib. 

Qol.Az-ın məlumatına görə, mövsümün açılış matçı Münhendə keçirilib.

Son çempion "Bavariya" öz meydanında ötən mövsüm millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue"ni "pley-off"da məğlub edərək Bundesliqada qalmağı bacaran "Hamburq"u qəbul edib. Görüş Münhen təmsilçisinin darmadağını ilə başa çatıb – 5:0.

Qeyd edək ki, Bundesliqada ilk tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.

 

14 avqust

Almaniya Bundesliqası, 1-ci tur

"Bavariya" - "Hamburq" - 5:0
Qollar
: Benatia, 27, Levandovski, 53, Müller, 69, 73, Duqlas Kosta, 87 





15 avqust

"Ausburq" - "Herta" (Berlin)

"Bayer" (Leverkuzen) - "Hoffenhaym"

"Darmştadt" - "Hannover"

"Maynz" - "İngolştadt"

"verder" (Bremen) - "Şalke"

"Borussiya" (Dortmund) - "Borussiya" (Münhenqladbax)

 

16 avqust

"Volfsburq" - "Antraxt"

"Ştutqart" - "Köln"


Son xəbərlər