Mourinyo “Çelsi”nin qadın həkimini söydü

Mourinyo “Çelsi”nin qadın həkimini söydü
DÜNYA FUTBOLU 14 Avqust 2015 / 12:11 8205
-  A +

İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində “Suonsi”yə qarşı baş tutan oyunda “Çelsi”nin baş məşqçisi Joze Mourinyo komandanın həkimi Eva Karneyronu söyüb.
 
Qol.Az-ın verdiyi məlumata görə, insident oyunun gedişində baş verib. Karneyra meydana daxil olub, Eden Azara kömək etdikdən sonra ehtiyat oyunçular skamyasına qayıdıb. Bu zaman isə portuqaliyalı məşqçi xanım həkimin ünvanına “Filha de puta” (fahişə qızı) deyib.

Karneyro isə Mourinyonun ictimai şəkildə ondan üzr istəməsini tələb edir. Əks halda o, məhkəməyə müraciət edəcəyini bildirib.

Xatırladaq ki, sözügedən oyundan sonra Mourinyonun göstərişinə əsasən, Karneyro “Çelsi”nin məşqlərindən və oyunlarından uzaqlaşdırılıb (futbolxeber.az). 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı