Messi, Ronaldo, yoxsa Suares?

Messi, Ronaldo, yoxsa Suares?
DÜNYA FUTBOLU 12 Avqust 2015 / 20:20 10893
-  A +

UEFA 2014/2015 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizədlərin sayını 10-dan 3-ə endirib.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, finala Lionel Messi (Argentina, "Barselona"), Kriştiano Ronaldo (Portuqaliya, "Real") və Luis Suares (Uruqvay, "Barselona") yüksəlib.

Avropanın ən yaxşı futbolçusunun adının avqustun 27-i - Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra açıqlanacağı bildirilib. Qalib UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında keçirilən səsvermə ilə müəyyənləşəcək.

Finala yüksələ bilməyən yeddi futbolçu isə aşağıda adları qeyd edilənlər olub:

Canluici Buffon (İtaliya, "Yuventus")  - 24 səs
Neymar (Braziliya, "Barselona") - 23 səs
Eden Hazard (Belçika, "Çelsi") - 21 səs
Andrea Pirlo (İtaliya, "Yuventus"/"Nyu-York Siti") - 12 səs
Arturo Vidal (Çili, "Yuventus"/"Bavariya") - 11 səs
Karlos Teves (Argentina, "Yuventus"/"Boka Xuniors") - 8 səs
Pol Poqba (Fransa, "Yuventus") - 5 səs


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı